9 yanvar 2026. Cümə

“Ronaldo mənim üçün bir nömrədir”


“Ronaldo mənim üçün bir nömrədir”

Keçmiş hücumçu Zlatan İbrahimoviç oyun üslubuna təsir göstərən idmançılar barədə fikirlərini bölüşüb və braziliyalı Ronaldonu futbol tarixinin ən yaxşı oyunçusu adlandırıb.

90deqiqe.Az xəbər verir ki, "Sky Sport Italia" sabiq futbolçunun dediklərini belə çatdırıb.

“Ronaldo mənim üçün bütün dövrlərin ən yaxşı futbolçusu olub və hələ də belədir. Böyük futbolçular çoxdur, amma mənim üçün o, bir nömrədir. O dövrlərdə sosial şəbəkələr yox idi. Kitabxanaya gedirdim, videolar axtarırdım, gizlənərək onun driblinqinə və hərəkətlərinə baxırdım. Bu fəndləri öyrənmək istəyirdim. Nəticədə Məhəmməd Əli və Ronaldodan ilham alaraq öz üslubumu formalaşdırdım.

O vaxtlar ağ-qara olan televiziyada [Məhəmməd Əlini] izlədim. Onun necə danışdığını, necə davrandığını müşahidə etdim. O, təkəbbürlü deyildi. Uşaq vaxtı dərhal onun kim olduğunu bilmək istəyirdim. Öz-özümə deyirdim ki, "Mən onun kimi olmaq istəyirəm, amma futbolda". Daha sonra oyunları izləməyə başladım və həmin vaxt Ronaldonu ilk dəfə gördüm”







İtaliya S.A.

 “Napoli” evdə xal itirdi
  • İtaliya S.A.
  • 23:56 07.01.2026
“Napoli” evdə xal itirdi
 “Roma”dan inamlı qələbə
  • İtaliya S.A.
  • 23:26 06.01.2026
“Roma”dan inamlı qələbə
 “İnter”dən inamlı qələbə
  • İtaliya S.A.
  • 03:08 05.01.2026
“İnter”dən inamlı qələbə
“Napoli” “Latsio”ya qalib gəldi
  • İtaliya S.A.
  • 20:38 04.01.2026
“Napoli” “Latsio”ya qalib gəldi