23 fevral 2026. Bazar ertəsi

“Napoli” evdə xal itirdi


 “Napoli” evdə xal itirdi

İtaliya A Seriyasının 2025/2026 mövsümünün 19-cu turu çərçivəsində keçirilən “Napoli” – “Verona” matçı başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Diego Armando Maradona adına stadionunda keçirilən matç 2:2 hesablı bərabərliklə başa çatıb.

Matçın 16-cı dəqiqəsində “Verona”nın danimarkalı müdafiəçisi Martin Freze komandasını hesabda önə çıxarıb. 27-ci dəqiqədə hücumçu Gift Orban penalti zərbəsindən istifadə edərək qonaqların üstünlüyünü artırıb. “Napoli” isə 54-cü dəqiqədə yarımmüdafiəçi Skott Maktominin qoluyla fərqi azaltmağa nail olub. 72-ci dəqiqədə Rasmus Højlundun qolu VAR vasitəsilə ləğv edilib, lakin 82-ci dəqiqədə müdafiəçi Covani Di Lorenzo ev sahiblərini hesabda bərabərlik vəziyyətinə gətirib.

Bu nəticədən sonra “Napoli” 18 oyundan sonra 38 xalla A Seriyasının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Lider “İnter”dən (onlar bir oyun az keçirib) geri qalmaları yalnız bir xal təşkil edir. “Verona” isə 13 xalla 18-ci sırada yer alır.







İtaliya S.A.

"Milan" evdə "Parma"ya məğlub oldu
  • İtaliya S.A.
  • 23:17 22.02.2026
"Milan" evdə "Parma"ya məğlub oldu
 "Napoli" səfərdə "Atalanta"ya uduzdu
  • İtaliya S.A.
  • 22:32 22.02.2026
"Napoli" səfərdə "Atalanta"ya uduzdu
 "İnter" 3 xalı 2 qolla qazandı
  • İtaliya S.A.
  • 23:00 21.02.2026
"İnter" 3 xalı 2 qolla qazandı
 "Yuventus" evdə "Komo"ya uduzdu
  • İtaliya S.A.
  • 20:06 21.02.2026
"Yuventus" evdə "Komo"ya uduzdu
"Futbol çox zəifləyir"
  • İtaliya S.A.
  • 23:28 20.02.2026
"Futbol çox zəifləyir"