29 iyun 2026. Bazar ertəsi

Loftus-Çik “Latsio”ya keçidi rədd edib


Loftus-Çik “Latsio”ya keçidi rədd edib

“Latsio”nun "Milan"da çıxış edən yarımmüdafiəçi Ruben Loftus-Çiki transferi baş tutmayacaq.

 90deqiqe.Az-ın "pianetamilan.it"ə istinadən məlumatına görə, Roma klubunun prezidenti Klaudio Lotito ingilis futbolçunun təklifi qəbul etmədiyini açıqlayıb.

“Bu futbolçular – Raspadori və Loftus-Çiklə bağlı məsələyə aydınlıq gətirmək istəyirəm. Onlar keçmək istəmədilər. Biz onlarla əlaqə saxladıq, lakin hər ikisi ‘yox, təşəkkür edirik’ cavabını verdi. Raspadori kimdir ki? Maradonadır, ya kim? Nə ‘Atletiko’da, nə də əvvəl çıxış etdiyi klublarda stabil oyun göstərə bilməyib”

Hazırda “Latsio” İtaliya A Seriyasının turnir cədvəlində doqquzuncu pillədə qərarlaşıb.







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı