11 yanvar 2026. Bazar günü

“Roma” “Sassuolo” üzərində inamlı qələbə qazandı


“Roma” “Sassuolo” üzərində inamlı qələbə qazandı

İtaliya A Seriyasının 2025/2026 mövsümü üzrə 20-ci tur çərçivəsində “Roma” və “Sassuolo” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Romadakı “Olimpiko” stadionunda keçirilib. Oyunun baş hakimi Matteo Marçenaro olub.

Paytaxt təmsilçisi matçı 2:0 hesablı qələbə ilə başa vurub. Hesab ikinci hissədə, 77-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Manu Kone tərəfindən açılıb. Cəmi iki dəqiqə sonra hücumçu Matiyas Soule “Roma”nın üstünlüyünü artırıb.

Bu qələbə sayəsində “Roma” 20 oyundan sonra 39 xal toplayaraq turnir cədvəlinin üçüncü pilləsinə yüksəlib. A Seriyasına 18 matçda 42 xala malik “İnter” başçılıq edir. “Sassuolo” isə 23 xalla 12-ci sırada qərarlaşıb.

Növbəti turda “Roma” yanvarın 18-də “Torino” ilə qarşılaşacaq. “Sassuolo” isə bir gün əvvəl “Napoli” ilə üz-üzə gələcək.







İtaliya S.A.

 “Napoli” evdə xal itirdi
  • İtaliya S.A.
  • 23:56 07.01.2026
“Napoli” evdə xal itirdi
 “Roma”dan inamlı qələbə
  • İtaliya S.A.
  • 23:26 06.01.2026
“Roma”dan inamlı qələbə