- İtaliya S.A.
- 01:48 12.01.2026
“Roma”nın baş məşqçisi Can Pyero Qasperini argentinalı hücumçu Paulo Dibalanın son oyundakı performansı ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "DAZN" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.
“Dibala uyğun oyunu gözləyir — bəlkə də bizə qola ən çox ehtiyac duyulan anda. Mən ondan razıyam. Əsas odur ki, oynamağa davam etsin və futboldan zövq alsın. Bu axşam o, inanılmaz oyun nümayiş etdirdi. Bunu ‘Leççe’ ilə matçda və digər görüşlərdə də görmüşük. Qollar gələcək. O, yenidən zərbə gücünü bərpa edəcək və əvvəlki kimi güclü və dəqiq vura biləcək”.
32 yaşlı futbolçu yanvarın 10-da A Seriyasının “Sassuolo”ya qarşı keçirilən oyununda (2:0) meydanda bütün 90 dəqiqə qalsa da, məhsuldar fəaliyyəti ilə seçilməyib.
Qeyd edək ki, cari mövsümdə Paulo Dibala bütün turnirlər üzrə 18 oyunda meydana çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.