29 iyun 2026. Bazar ertəsi

“İnter” Hakan Çalhanoğlunu itirib


“İnter” Hakan Çalhanoğlunu itirib

“İnter” yarımmüdafiəçisi Hakan Çalhanoğlunu itirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı futbolçuda baldır əzələsi zədəsinin aşkarlanıb.

“Neradzurri” türkiyəli futbolçunun bərpa müddəti barədə məlumat verməyib. Lakin futbolçunun tam bərpası təxminən 20 gün çəkəcəyi gözlənilir. Əgər bu müddət doğrudursa, Hakan Çalhanoğlu fevralın əvvəlində “İnter”ə qayıdacaq.

Qeyd edək ki, “İnter” Seria A-da 19 oyun sonunda 43 xal toplayaraq turnir cədvəlində liderdir. Komandanın növbəti çempionat matçı yanvarın 14-də, çərşənbə günü, evdə “Leççe”yə qarşı keçiriləcək.







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı