15 yanvar 2026. Cümə axşamı

“Napoli” evdə xal itirdi


“Napoli” evdə xal itirdi

 İtaliya A Seriyasının 2025/2026 mövsümünün 16-cı turundan təxirə salınmış oyunda “Napoli” və “Parma” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, Neapolda, Dieqo Armando Maradona adına stadionda keçirilən qarşılaşma qolsuz bərabərliklə başa çatıb – 0:0. Görüşün baş hakimi italiyalı referi Mikael Fabri (Faenza) olub.

Matçın 11-ci dəqiqəsində “Napoli”nin yarımmüdafiəçisi Skott Maktominey topu rəqib qapısından keçirsə də, VAR sisteminin müdaxiləsindən sonra qol ləğv edilib.

Bu nəticədən sonra “Napoli” mövsümdə keçirdiyi 20 oyunda 40 xal toplayaraq “Milan”la xallarını bərabərləşdirib. Qeyd edək ki, Milan təmsilçisinin ehtiyatda bir oyunu var. Çempionatın lideri “İnter” də bir oyun az keçirsə də, ən yaxın izləyicilərini 3 xal qabaqlayır. “Parma” isə 22 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.







İtaliya S.A.

“Napoli” evdə xal itirdi
  • İtaliya S.A.
  • 23:41 14.01.2026
“Napoli” evdə xal itirdi
“İnter” Hakan Çalhanoğlunu itirib
  • İtaliya S.A.
  • 22:43 13.01.2026
“İnter” Hakan Çalhanoğlunu itirib
Nkunku “Milan”da qalmaq istəyir
  • İtaliya S.A.
  • 23:13 11.01.2026
Nkunku “Milan”da qalmaq istəyir
"O, zərbə gücünü bərpa edəcək"
  • İtaliya S.A.
  • 19:12 11.01.2026
"O, zərbə gücünü bərpa edəcək"