15 yanvar 2026. Cümə axşamı

“İnter” 3 xalı tək qolla qazandı


“İnter” 3 xalı tək qolla qazandı

İtaliya A Seriyasında 16-cı turun təxirə salınmış oyunu keçirilib.

90deqiqe.Az xəbər verir ki, Milanın “İnter” klubu doğma “Cüzeppe Meatsa” stadionunda “Leççe”ni qəbul edib. Görüşün baş hakimi Fabio Mareska olub.

Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb — 1:0. Oyunda vurulan yeganə qolun müəllifi “İnter”in hücumçusu Françesko Espozito olub. O, ikinci hissənin 78-ci dəqiqəsində rəqib qapısını dəqiq zərbə ilə silkələyib.

Bu qələbədən sonra “İnter” 20 oyundan sonra aktivinə 46 xal yazdıraraq A Seriyasının turnir cədvəlində liderliyini qoruyub. “Leççe” isə 20 turdan sonra topladığı 17 xalla 17-ci pillədə qərarlaşıb.

Növbəti turda “neradzurrilər” yanvarın 17-də “Udineze” ilə qarşılaşacaq. “Leççe” isə bir gün sonra “Milan”la üz-üzə gələcək.







İtaliya S.A.

“İnter” 3 xalı tək qolla qazandı
  • İtaliya S.A.
  • 03:15 15.01.2026
“İnter” 3 xalı tək qolla qazandı
“Napoli” evdə xal itirdi
  • İtaliya S.A.
  • 23:41 14.01.2026
“Napoli” evdə xal itirdi
“İnter” Hakan Çalhanoğlunu itirib
  • İtaliya S.A.
  • 22:43 13.01.2026
“İnter” Hakan Çalhanoğlunu itirib
Nkunku “Milan”da qalmaq istəyir
  • İtaliya S.A.
  • 23:13 11.01.2026
Nkunku “Milan”da qalmaq istəyir
"O, zərbə gücünü bərpa edəcək"
  • İtaliya S.A.
  • 19:12 11.01.2026
"O, zərbə gücünü bərpa edəcək"