- İtaliya S.A.
- 23:22 15.01.2026
“Milan”ın baş məşqçisi Massimiliano Alleqri “Komo” ilə oyun öncəsi keçirilən mətbuat konfransında komandasının cari mövsümdəki çıxışını dəyərləndirib.
90deqiqe.Az-ın məlumatına görə, çalışdırıcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.
“Mənə qiymət vermək çətindir. Hər məşqçi ‘əgər’ və ‘amma’larla danışa bilər. Ancaq ‘əgər’ və ‘amma’larla uzağa getmək olmur. Hər kəs layiq olduğu qədər xal toplayıb. Əgər Pulişiç Florensiyada üç qol vursaydı… Amma vurmadı. Bununla belə, daha əvvəl qollar vurub və ola bilsin, növbəti oyunda da fərqlənsin”.
Alleqri əlavə edib ki, komanda yalnız öz oyununa fokuslanmalı və psixoloji konsentrasiyanı artırmalıdır:
“Artıq mövsümün ikinci dövrəsindəyik, səhvləri düzəltmək üçün vaxt qalmayıb”.
Qeyd edək ki, “Milan” bir oyunu ehtiyatda olmaqla 40 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “İnter” isə 46 xalla liderdir.