- İtaliya S.A.
- 20:18 17.01.2026
“Roma” klubu yarımmüdafiəçisi Edoardo Bove ilə yollarını ayırdığını açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, 23 yaşlı futbolçu İtaliyada karyerasını bərpa edə bilmir. Buna səbəb ölkədə implantasiya olunan defibrilyatorla futbol oynamağın qadağan olunmasıdır. Bu tibbi cihaz Boveyə 2024-cü ilin dekabrında meydanda ürək dayanması keçirdikdən sonra quraşdırılıb.
Yarımmüdafiəçinin növbəti klubu İngiltərənin “Uotford” komandası olacaq. Çempionşip təmsilçisi futbolçu ilə yarımillik müqavilə barədə razılıq əldə edib. Sazişdə 2030/2031 mövsümünün sonuna qədər uzadılma opsiyası da nəzərdə tutulub.
Bildirilir ki, Bove bazar ertəsi tibbi müayinədən keçəcək. Hər hansı problem aşkarlanmazsa, çərşənbə axşamı futbolçu ilə rəsmi əmək müqaviləsi imzalanacaq.
Hazırda “Uotford” Çempionşip turnir cədvəlində altıncı pillədə qərarlaşıb.