9 mart 2026. Bazar ertəsi

“Napoli” “Sassuolo” üzərində minimal hesablı qələbə qazandı


“Napoli” “Sassuolo” üzərində minimal hesablı qələbə qazandı

İtaliya A Seriyasının 21-ci turu çərçivəsində “Napoli” və “Sassuolo” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, Neapolda yerləşən “Dieqo Armando Maradona” stadionunda keçirilən qarşılaşmanı baş hakim Françesko Furno idarə edib. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu görüşün əvvəlində, 7-ci dəqiqədə slovakiyalı yarımmüdafiəçi Stanislav Lobotka vurub.

Bu nəticədən sonra “Napoli” 21 oyundan 43 xal toplayaraq turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Sassuolo” isə 21 turdan sonra 23 xalla 12-ci yerdədir. Çempionata hazırda 49 xalla Milan “İnter”i başçılıq edir.

Növbəti turda Antonio Kontenin rəhbərlik etdiyi “Napoli” yanvarın 25-də “Yuventus”la qarşılaşacaq. Elə həmin gün “Sassuolo” “Kremoneze” ilə üz-üzə gələcək.







İtaliya S.A.

"Onlar bizə həsəd aparırlar, amma..."
  • İtaliya S.A.
  • 23:51 08.03.2026
"Onlar bizə həsəd aparırlar, amma..."
“Yuventus”dan darmadağın
  • İtaliya S.A.
  • 01:51 08.03.2026
“Yuventus”dan darmadağın