4 mart 2026. Çərşənbə

“Yuventus” səfərdə uduzdu


“Yuventus” səfərdə uduzdu

İtaliya A Seriyasının XXI turu çərçivəsində keçirilən “Kalyari” – “Yuventus” oyunu başa çatıb.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma Kalyari şəhərində yerləşən “Unipol Domus” stadionunda təşkil olunub. Matçı baş hakim Davide Massa idarə edib. Görüş ev sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb — 1:0.

Oyunda vurulan yeganə qolun müəllifi “Kalyari”nin yarımmüdafiəçisi Luka Mazzitelli olub. Futbolçu ikinci hissədə, 65-ci dəqiqədə fərqlənərək komandasına üç xal qazandırıb.

Bu nəticədən sonra “Yuventus” 21 turdan sonra 39 xalla İtaliya A Seriyasının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. “Kalyari” isə 22 xalla 13-cü sırada yer alır. Çempionata 49 xalla Milanın “İnter” klubu başçılıq edir.

Növbəti turda “Yuventus” 25 yanvar tarixində “Napoli” ilə üz-üzə gələcək. “Kalyari” isə bir gün əvvəl — 24 yanvarda “Fiorentina”nı qəbul edəcək.







İtaliya S.A.

"Udineze"yə üç qol hədiyyə etdik”
  • İtaliya S.A.
  • 14:14 03.03.2026
"Udineze"yə üç qol hədiyyə etdik”
"Roma"ya qayıtmaq istərdim"
  • İtaliya S.A.
  • 23:42 02.03.2026
"Roma"ya qayıtmaq istərdim"
"Roma" evdə "Yuventus"la heç-heçə etdi
  • İtaliya S.A.
  • 01:55 02.03.2026
"Roma" evdə "Yuventus"la heç-heçə etdi
"Milan"dan çətin qələbə
  • İtaliya S.A.
  • 17:35 01.03.2026
"Milan"dan çətin qələbə
"İnter" evdə "Cenoa"ya qalib gəlib
  • İtaliya S.A.
  • 01:46 01.03.2026
"İnter" evdə "Cenoa"ya qalib gəlib