18 yanvar 2026. Bazar günü

"Yaxşı oyun oldu, amma qol vurmalıyıq"


"Yaxşı oyun oldu, amma qol vurmalıyıq"

“Yuventus”un kapitanı Manuel Lokatelli A Seriyasında “Kalyari”yə qarşı keçirilən və minimal hesablı məğlubiyyətlə nəticələnən oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 90deqiqe.Az xəbər verir ki,  28 yaşlı italyan futbolçu oyunu belə şərh edib:

“Oyun baxımından yaxşı çıxış etdik, lakin bu qədər qol imkanını boşa verəndə nəticə qazanmaq çətin olur. Rəqib qapısı önündə daha aqressiv olmalıyıq. Heç bir bəhanə ola bilməz”, — deyə futbolçunun sözlərini jurnalist Nikolo Skira sitat gətirib.

Turin təmsilçisi görüşdə oyun baxımından üstünlük təşkil etsə də, istədiyi nəticəni əldə edə bilməyib. Luçano Spalettinin rəhbərlik etdiyi kollektiv rəqib qapısına 22 zərbə endirsə də, “rossoblu” cəmi iki dəfə zərbə vurub.

Qeyd edək ki, yanvarın 21-də “Yuventus” Çempionlar Liqası çərçivəsində “Benfika” ilə qarşılaşacaq.







İtaliya S.A.

"Yaxşı oyun oldu, amma qol vurmalıyıq"
  • İtaliya S.A.
  • 08:29 18.01.2026
"Yaxşı oyun oldu, amma qol vurmalıyıq"
“Yuventus” səfərdə uduzdu
  • İtaliya S.A.
  • 02:45 18.01.2026
“Yuventus” səfərdə uduzdu
“İnter” “Udineze”ni məğlub etdi
  • İtaliya S.A.
  • 20:18 17.01.2026
“İnter” “Udineze”ni məğlub etdi
“İnter” 3 xalı tək qolla qazandı
  • İtaliya S.A.
  • 03:15 15.01.2026
“İnter” 3 xalı tək qolla qazandı
“Napoli” evdə xal itirdi
  • İtaliya S.A.
  • 23:41 14.01.2026
“Napoli” evdə xal itirdi