18 yanvar 2026. Bazar günü

Niklas Füllkruqun Milandakı otel otağından yarım milyon avrodan çox dəyəri olan əşyalar oğurlandı


Niklas Füllkruqun Milandakı otel otağından yarım milyon avrodan çox dəyəri olan əşyalar oğurlandı

"Milan"da çıxış edən almaniyalı hücumçu Niklas Füllkruq hələ Uözünə yaşayış yeri tapmadığı üçün oteldə qalır. 

90deqiqe.Az-ın "Calcionapoli1926.it"ə istinadən məlumata görə, futbolçunun məhz orada başına xoşagəlməz hadisə gəlib.

Füllkruq oteldə qaldığı müddətdə yarım milyon avrodan artıq dəyəri olan qiymətli əşyalarının itkin düşdüyünü aşkarlayıb. Əsasən söhbət bahalı qol saatlarından gedir.

Hadisə cümə axşamı “Milan”ın “Komo”ya qarşı səfər matçı zamanı baş verib. Hazırda Milan polisi oğurluğun başvermə şəraitini araşdırır və itkin düşən əşyaların tapılması istiqamətində istintaq aparır.

Qeyd edək ki, Niklas Füllkruq İtaliya çempionatına Londonun “Vest Hem” klubundakı uğursuz çıxışlarından sonra keçib.







İtaliya S.A.

"Yaxşı oyun oldu, amma qol vurmalıyıq"
  • İtaliya S.A.
  • 08:29 18.01.2026
"Yaxşı oyun oldu, amma qol vurmalıyıq"
“Yuventus” səfərdə uduzdu
  • İtaliya S.A.
  • 02:45 18.01.2026
“Yuventus” səfərdə uduzdu
“İnter” “Udineze”ni məğlub etdi
  • İtaliya S.A.
  • 20:18 17.01.2026
“İnter” “Udineze”ni məğlub etdi
“İnter” 3 xalı tək qolla qazandı
  • İtaliya S.A.
  • 03:15 15.01.2026
“İnter” 3 xalı tək qolla qazandı
“Napoli” evdə xal itirdi
  • İtaliya S.A.
  • 23:41 14.01.2026
“Napoli” evdə xal itirdi