20 yanvar 2026. Çərşənbə axşamı

“Məyusluğumuzu enerjiyə çevirməliyik”


“Məyusluğumuzu enerjiyə çevirməliyik”

“Komo”nun baş məşqçisi Sesk Fabreqas İtaliya çempionatında “Latsio” ilə qarşılaşma öncəsi fikirlərini açıqlayıb.  

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Biz çox məmnun deyilik, amma “Milan”a qarşı göstərdiyimiz oyundan qürur duyuruq. Futbolçuların yaşadığı məyusluq enerjiyə çevrilməlidir. Biz öz futbolumuzu oynamağa davam etməliyik”, 

“Latsio? Komanda inkişaf edir. Sarri ilə klubun aydın oyun kimliyi var. Yarımmüdafiədə iki güclü cinah oyunçusu, çox möhkəm və kompak müdafiə. Rəqibi çox bəyəndim. Bu, üslubca bir-birinə oxşar komandalar arasında gözəl matç olacaq”, – deyə o əlavə edib.

La Liqanın 21-ci tur matçı yanvarın 19-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.Hazırda “Komo” 34 xalla 6-cı sırada, “Latsio” isə 28 xalla 9-cu pillədədir.







İtaliya S.A.

"Yaxşı oyun oldu, amma qol vurmalıyıq"
  • İtaliya S.A.
  • 08:29 18.01.2026
"Yaxşı oyun oldu, amma qol vurmalıyıq"
“Yuventus” səfərdə uduzdu
  • İtaliya S.A.
  • 02:45 18.01.2026
“Yuventus” səfərdə uduzdu
“İnter” “Udineze”ni məğlub etdi
  • İtaliya S.A.
  • 20:18 17.01.2026
“İnter” “Udineze”ni məğlub etdi