- İtaliya S.A.
- 23:18 24.01.2026
“Milan”ın baş məşqçisi Massimiliano Alleqri İtaliya A Seriyasının XXII turu çərçivəsində yanvarın 25-də keçiriləcək “Roma” ilə oyundan öncə komandanın rəhbərliyinin ziyarəti barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "Tuttomercatoweb" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.
“Klub sahiblərinin ziyarətindən hər kəs çox məmnun qaldı. Bu, Çempionlar Liqasında iştirak üçün mübarizə apardığımız mövsümdə vacib bir məqamdır. Çox xoş söhbət oldu, ziyarət əla keçdi və bizdən bunu müsbət qarşıladıq. İndi isə yalnız oyuna fokuslanmalıyıq. Sabah birinci dördlüyə düşmək uğrunda bizimlə mübarizə aparan komandaya qarşı möhtəşəm oyun olacaq. Qasperini əla iş görür, komanda onun üslubunu tam əks etdirir — həm hücumda, həm də müdafiədə çox güclüdürlər. Biz özümüzü ən yaxşı tərəfimizdən göstərməliyik. Möhtəşəm atmosfer və yüksək texniki səviyyə tələb edən əla oyun gözləyirik”