25 yanvar 2026. Bazar günü

“Fiorentina” evdə “Kalyari”yə uduzdu


“Fiorentina” evdə “Kalyari”yə uduzdu

Ardıcıl dörd oyundur məğlub olmayan “Fiorentina” A Seriyasının 22-ci turunda doğma meydanda “Kalyari”ni qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, görüşün 2-ci dəqiqəsində Albert Qudmundsson uzaq məsafədən zərbə endirsə də, top dirəyin yanından keçib. 31-ci dəqiqədə isə qonaqlar təhlükəli epizod yaradıb. Semih Kılıçsoyun zərbəsi rikosetdən sonra tora düşüb – 0:1.

İkinci hissənin əvvəlində ada təmsilçiləri əks-hücumla fərqləniblər. Marco Palestra hücumu dəqiq zərbə ilə tamamlayaraq hesabı 0:2 edib. Kılıçsoy dubl etmək şansı qazansa da, əlverişli mövqedə müdafiəçiyə tuş gəlib.

“Fiorentina”nın heyətində Cek Harrison qola çox yaxın olsa da, topu qapı çərçivəsinə yönəldə bilməyib. Qudmundsson uzaqdan daha bir təhlükəli zərbə endirib, lakin top dirəyə dəyib. 74-cü dəqiqədə Dodo boş qapıya ötürmə edib və Marco Breşianini hesab arasındakı fərqi minimuma endirib – 1:2.

Həmçinin Covanni Fabbyan da fərqlənə bilərdi, lakin qapıçı vəziyyəti xilas edib. Nəticədə “Fiorentina” turnir cədvəlinin aşağı pillələrində üçüncü yeri bölüşür, “Kalyari” isə 11-ci mövqedə qərarlaşıb.







İtaliya S.A.

"Yaxşı oyun oldu, amma qol vurmalıyıq"
  • İtaliya S.A.
  • 08:29 18.01.2026
"Yaxşı oyun oldu, amma qol vurmalıyıq"
“Yuventus” səfərdə uduzdu
  • İtaliya S.A.
  • 02:45 18.01.2026
“Yuventus” səfərdə uduzdu