25 yanvar 2026. Bazar günü

"Roma" və "Milan" çempionluq yarışındadırlar"


"Roma" və "Milan" çempionluq yarışındadırlar"

“Milan” və “Roma”nın sabiq müdafiəçisi Kafu İtaliya A Seriyasının cari mövsümündə çempionluq mübarizəsi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "La Gazzetta dello Sport" sabiq futbolçunun dediklərini belə çatdırıb.

“Roma” və “Milan” şübhəsiz ki, çempionluq yarışında iştirak edirlər. Əlbəttə, “İnter” çox güclüdür, lakin “callyarossi” və “rossoneri” də turnir cədvəlinin ilk dördlüyündə yer alır və qarşılarına yüksək hədəflər qoymalıdırlar”

Kafunun fikrincə, “Roma” bu mövsüm çempion ola bilər. O hesab edir ki, A Seriyasına liderlik edən “İnter” Çempionlar Liqasının pley-off mərhələlərində irəlilədiyi təqdirdə tempini itirə bilər.

Hazırda “İnter” 22 oyundan sonra 52 xalla A Seriyasının turnir cədvəlinə başçılıq edir. Sonrakı pillələrdə “Milan” (46 xal), “Napoli” (43 xal) və “Roma” (42 xal) qərarlaşıb. Qeyd edək ki, “İnter”i izləyən üç komandanın hər biri bir oyun az keçirib.







İtaliya S.A.