25 yanvar 2026. Bazar günü

"Dünyanın ən yaxşılarından biri olmaq istəyirəm"


"Dünyanın ən yaxşılarından biri olmaq istəyirəm"

“Yuventus”un futbolçusu Fransişku Konseysau hədəflərindən danışıb.

90deqiqe.Az xəbər verir ki, 23 yaşlı futbolçu bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Mən “Yuventus”la kuboklar qazanmaq istəyirəm, çünki burada məhz bunu gözləyirlər. Şəxsi hədəfim isə oyunumun səviyyəsini artırmaq, daha çox qol vurmaq və məhsuldar ötürmələr etməkdir. Mən dünyanın ən yaxşı oyunçularından biri olmaq istəyirəm”

Yarım il əvvəl Turin klubu portuqaliyalını “Porto”dan 32 milyon avro qarşılığında heyətinə qatmışdı.

Cari mövsümdə Konseysau “biyanconeri”nin heyətində bütün turnirlər üzrə 22 oyuna çıxaraq 3 qol vurub.

Qeyd edək ki, bu gün Lucano Spalettinin komandası Seriya A-nın 22-ci turu çərçivəsində evdə “Napoli”ni qəbul edəcək.







İtaliya S.A.