- İtaliya S.A.
- 02:14 26.01.2026
İtaliya A Seriyasının 2025/2026 mövsümünün XXII turu çərçivəsində “Yuventus” və “Napoli” komandaları arasında keçirilən oyun başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Turinin “Allianz” stadionunda baş tutan qarşılaşmada meydan sahibləri 3:0 hesablı inamlı qələbə qazanıblar. Görüşü Roma təmsilçisi baş hakim Mauritsio Mariani idarə edib.
Matçın 22-ci dəqiqəsində “Yuventus”un hücumçusu Jonathan David hesabı açıb. 77-ci dəqiqədə Kenan Yıldız ikinci qolun müəllifi olub. Oyunda son nöqtəni isə 86-cı dəqiqədə yarımmüdafiəçi Filip Kostiç qoyaraq hesabı daha da artırıb.
Turnir cədvəlinə görə, “Napoli” 22 oyunda topladığı 43 xalla 3-cü pillədə qərarlaşıb və lider “İnter”dən 9 xal geri qalır. “Yuventus” isə 42 xalla 5-ci sırada yer alır.