29 iyun 2026. Bazar ertəsi

“Füllkruq “Milan” üçün doğru hücumçudur”


“Füllkruq “Milan” üçün doğru hücumçudur”

“Мilan”ın sabiq yarımmüdafiəçisi Massimo Ambrozini klubun yeni transferi, alman forvard Niklas Füllkruq barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, 48 yaşlı sabiq futbolçu Füllkruqun əsas üstünlüyünün qol vurmağa olan xüsusi həvəsi və instinkti olduğunu vurğulayıb.

“Komandaya qola köklənmiş, meydanda yalnız bunu düşünən hücumçu lazımdır. Santyaqo Ximenes bu rolu tam yerinə yetirə bilmədi. Füllkruq isə qollara aludə olan futbolçudur və bu, onun əsas üstünlüyüdür”

Niklas Füllkruq daha əvvəl İngiltərənin “Vest Hem” klubunda gözləntiləri doğrultmayıb. Hazırda “Milan” A Seriyasının turnir cədvəlində 2-ci yerdədir.







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı