- İtaliya S.A.
- 17:22 28.01.2026
“İnter”in müdafiəçisi Denzel Dumfrisin yaşıl meydanlara qayıdacağı tarix bəlli olub.
90deqiqe.Az-ın məlumatına görə, niderlandlı futbolçu iki həftə ərzində komandanın ümumi məşqlərinə qoşulmalıdır. Dumfris fevralın 22-də “Leççe”yə qarşı keçiriləcək matçda meydana qayıda bilər.
Futbolçunun fevralın 15-də “Yuventus”la oyunun iştirak ərizəsinə salınması mümkündür, lakin onun həmin görüşdə meydana çıxması ehtimalı azdır.
28 yaşlı müdafiəçi cari mövsümdə bütün turnirlərdə 15 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, “İnter” yanvarın 28-də UEFA Çempionlar Liqasının ümumi mərhələsinin son turunda Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.