28 yanvar 2026. Çərşənbə

Barella "Borussiya Dortmund"la oyunu buraxacaq


Barella "Borussiya Dortmund"la oyunu buraxacaq

“İnter” klubunun yarımmüdafiəçisi Nikolo Barella zədəyə görə Çempionlar Liqasının “Borussiya Dortmund”la oyunu buraxacaq.

90deqiqe.Az-ın məlumata görə, bu barədə məlumatı İtaliya klubunun mətbuat xidməti yayıb.

28 yaşlı futbolçu sağ diz arxa əzələsinin dartılması diaqnozu ilə üzləşib. Onun bərpa müddəti hələlik məlum deyil.

Əvvəlcə baş məşqçi Kristian Kivu mətbuat konfransında Barellanın 28 yanvar tarixində keçiriləcək oyunda iştirak etməyəcəyini bildirib.

Turnir cədvəlində “İnter” 14-cü pillədə 12 xalla qərarlaşıb, “Borussiya Dortmund” isə 11 xalla iki pillə aşağıdadır. Cari mövsümdə Barella 29 matçda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.







İtaliya S.A.

“Pulişiç üçün MLS hələ tezdir”
  • İtaliya S.A.
  • 10:56 27.01.2026
“Pulişiç üçün MLS hələ tezdir”