14 may 2026. Cümə axşamı

“Napoli” “Fiorentina”nı məğlub etdi


 “Napoli” “Fiorentina”nı məğlub etdi

İtaliya A Seriyasının 2025/2026 mövsümünün XXIII turu çərçivəsində “Napoli” və “Fiorentina” komandaları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Neapolda yerləşən “Dieqo Armando Maradona” stadionunda təşkil olunan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşü Romadan olan baş hakim Federiko La Penna idarə edib.

Matçda hesab 11-ci dəqiqədə açılıb. “Napoli”nin yarımmüdafiəçisi Antonio Verqara qapıçı Aleks Meretin ötürməsindən sonra fərqlənərək komandasını önə çıxarıb. İkinci hissənin əvvəlində, 49-cu dəqiqədə ev sahiblərinin müdafiəçisi Migel Qutyerres fərqi artırıb. 57-ci dəqiqədə isə “Fiorentina”nın hücumçusu Manor Solomon hesab arasındakı fərqi minimuma endirib.

Bu qələbədən sonra “Napoli” 23 oyundan 46 xal toplayaraq turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Komandanın lider “İnter”dən geri qalması 6 xaldır. Qeyd edək ki, “neradzurri” bir oyun az keçirib. “Fiorentina” isə 17 xalla 18-ci sırada yer alır.







İtaliya S.A.

 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi
“Yuventus”a bir qol bəs etdi
  • İtaliya S.A.
  • 01:05 10.05.2026
“Yuventus”a bir qol bəs etdi