2 fevral 2026. Bazar ertəsi

“İnter” səfərdə “Kremoneze”ni məğlub etdi


“İnter” səfərdə “Kremoneze”ni məğlub etdi

İtaliya A Seriyasının 23-cü turunun ilk matçı “Kremoneze” və “İnter” arasında keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, görüş “Covani Cini” stadionunda (Kremona, İtaliya) baş tutub və baş hakim Davide Massa olub.

Matç 2:0 hesabı ilə “İnter”in qələbəsi ilə başa çatıb. Hesabı açan tərəf 16-cı dəqiqədə Lautaro Martinez olub. 31-ci dəqiqədə isə qonaqların yarımmüdafiəçisi Piotr Zielinski fərqi artırıb və nəticəni müəyyən edib.

Bu qələbə ilə “İnter” 23 matçdan sonra 55 xalla turnir cədvəlində birinci pilləyə yüksəlib. “Kremoneze” isə 23 xalla 14-cü yerdə qərarlaşıb.







İtaliya S.A.