4 fevral 2026. Çərşənbə

“İnter” azarkeşlərinə üç səfər oyunu üçün bilet satışı qadağan edildi


“İnter” azarkeşlərinə üç səfər oyunu üçün bilet satışı qadağan edildi

“İnter” klubunun azarkeşləri növbəti üç səfər matçına bilet ala bilməyəcəklər.

90deqiqe.Az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Milan təmsilçisi cəzaya “Kremoneze” ilə oyunda azarkeşlərdən birinin qapıçı Emil Auderoya petarda atması səbəbindən məruz qalıb. Xoşbəxtlikdən, futbolçu oyunu davam etdirə bilib və səhhəti üçün ciddi təhlükə yaranmayıb.

Martın 23-dək qüvvədə olacaq qadağa “Sassuolo”, “Leççe” və “Fiorentina”ya qarşı səfər oyunlarını əhatə edir. Bununla belə, martın 8-də “San-Siro”da keçiriləcək “Milan”la qarşılaşma istisna təşkil edir. Həmin matçda “İnter” nominal qonaq komanda sayılsa da, qadağa bu oyuna şamil olunmur.

Qeyd edək ki, Kristian Kivunun rəhbərlik etdiyi “İnter” 23 turdan sonra 55 xalla turnir cədvəlinin lideridir. Bir oyun az keçirən “Milan” 47 xalla ikinci pillədə qərarlaşıb. “Napoli” isə 46 xalla üçüncü yerdədir.







İtaliya S.A.

"Dumfris “İnter”də qalacaq"
  • İtaliya S.A.
  • 23:04 02.02.2026
"Dumfris “İnter”də qalacaq"