4 fevral 2026. Çərşənbə

“Menyana qalması üçün şəxsən təsir göstərməmişəm”


“Menyana qalması üçün şəxsən təsir göstərməmişəm”

“Milan”ın əsas qapıçısı Mayk Menyanın klubla müqaviləsini 2031-ci ilə qədər uzatması ötən həftənin ən çox müzakirə olunan xəbərlərindən biri olub.

90deqiqe.Az xəbər verir ki, “rossoneri”nin baş məşqçisi Massimiliano Alleqri bu məsələyə münasibət bildirərək, fransız qolkiperin qalmasında onun şəxsi təsirinin olmadığını vurğulayıb.

“Mən Maykı qalmağa dilə tutmamışam. Bu, klubun ümumi işinin nəticəsidir. O, çox emosional və həssas biridir və burada qalmaq istəyirdi. Yayda yaşadığımız vəziyyətdən çıxmaq bizim üçün əsas məsələ idi”, — deyə Alleqri "pianetamilan.it" saytına açıqlamasında bildirib.

Xatırladaq ki, Mayk Menyan 2021-ci ildən “Milan”ın qapısını qoruyur. Massimiliano Alleqri isə “rossoneri”yə ötən yay rəhbərlik etməyə başlayıb.







İtaliya S.A.

"Dumfris “İnter”də qalacaq"
  • İtaliya S.A.
  • 23:04 02.02.2026
"Dumfris “İnter”də qalacaq"