21 mart 2026. Şənbə

Mançini “Roma”da maska ilə meydana çıxacaq


Mançini “Roma”da maska ilə meydana çıxacaq

İtaliya millisinin və “Roma” klubunun müdafiəçisi Canluka Mançini burun zədəsindən sonra əməliyyat olunub.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Onefootball" məlumat yayıb.

Futbolçu zədəsini 2 fevralda “Udinese” ilə keçirilən oyunun birinci hissəsində alıb, lakin oyunu tərk etməyib. Əməliyyatdan sonra Mançinini bir müddət müdafiə maskası ilə oynayacaq.

Hazırda “Roma” turnir cədvəlində 23 oyundan sonra 43 xalla beşinci pillədə qərarlaşıb. Cari mövsümdə 29 yaşlı futbolçu 30 oyunda iştirak edib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib, 9 sarı və 1 qırmızı vərəqə alıb.

Transfermarkt portalına görə, Mançininin bazar dəyəri 15 milyon avrodur.







İtaliya S.A.

"Napoli"yə bir qol bəs etdi
  • İtaliya S.A.
  • 23:33 20.03.2026
"Napoli"yə bir qol bəs etdi
"Roma" səfərdə "Komo"ya uduzdu
  • İtaliya S.A.
  • 23:11 15.03.2026
"Roma" səfərdə "Komo"ya uduzdu