- İtaliya S.A.
- 23:31 04.02.2026
İtaliyanın “İnter” klubu Seriya A-nın 23-cü turunda “Kremoneze” ilə keçirilən oyunda baş verən insident səbəbindən 50 min avro məbləğində cərimələnib.
90deqiqe.Az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Milan təmsilçisinin 2:0 hesabı ilə qazandığı görüş zamanı fanatlar “Kremoneze”nin qapıçısı Emil Auderoya pirotexniki vasitə – partlayıcı atıblar.
İtaliyalı qapıçının sağ ayağı zədələnib, sağ qulağında isə eşitmə qabiliyyəti pisləşib. İdman məhkəməsi “İnter”i yalnız duman bombaları və partlayıcılar kimi pirotexniki vasitələrdən istifadə etdiyinə görə deyil, həm də bu vasitələrin rəqib oyunçuya dəyərək onu zədələməsinə görə cərimələyib. Nəticədə matç dayandırılıb.
Hakimlər qərara alarkən “neradzurri”nin insidentin səbəbkarlarını tez bir zamanda müəyyən etməsi və oyunçuları həm matç zamanı, həm də sonrasında təhlükədən qorumaq üçün gördüyü tədbirləri nəzərə alıblar. Bundan əvvəl məlumat verilmişdi ki, “İnter” fanatları həmin partlayıcı insident səbəbindən komandalarının növbəti üç səfər oyununa buraxılmayacaqlar.