- İtaliya S.A.
- 23:31 04.02.2026
“Napoli”nin müdafiəçisi və kapitanı Covani Di Lorenso yaxın vaxtlarda əməliyyat olunacaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytları məlumat yayıb.
“Sol diz zədəsinin tam sağalması üçün tələb olunan müddət nəzərə alınaraq, Covani Di Lorenso klubla razılaşaraq yaxın saatlarda sol ayaq əməliyyatı keçəcək və əvvəlki problemin aradan qaldırılması planlaşdırılır” - deyə, klubun yaydığı məlumatda qeyd olunub.
Futbolçu Seria A-nın 23-cü turunda “Fiorentina” ilə oyunda (2:1) zədələnərək matçı 30-cu dəqiqədə tərk edib.
Di Lorenso bu mövsüm İtaliya çempionatında “Napoli”nin bütün oyunlarında iştirak edib. Onun hesabında bir qol və bir məhsuldar ötürmə var.