- İtaliya S.A.
- 12:10 05.02.2026
“İnter”in baş məşqçisi Kristian Kivu yarımmüdafiəçi Andi Diufun komandadakı çıxışını dəyərləndirib.
90deqiqe.Az xəbər verir ki, mütəxəssis bildirib ki, gənc futbolçu yeni mühitə uyğunlaşma mərhələsindədir və potensialını tədricən nümayiş etdirir:
“O, yeni komandada çıxış edən gənc futbolçudur və addım-addım inkişaf edir. Bu gün onun həm yaxşı, həm də zəif məqamları oldu. Amma o, komandaya fayda vermək üçün böyük istək göstərir. Biz onun gördüyü işdən razıyıq. Ola bilsin ki, bəziləri ondan daha artığını gözləyirdi, bəlkə də mən hansısa səhvlərə yol verdim, lakin ümumilikdə məmnunam”.
Xatırladaq ki, Milan təmsilçisi Andi Diufu yay transfer pəncərəsində “Lans”dan 20 milyon avro qarşılığında heyətinə qatıb. 22 yaşlı fransalı yarımmüdafiəçi “neradzurri”nin heyətində bütün turnirlərdə 14 qarşılaşmada 3 qolla yadda qalıb.