26 iyun 2026. Cümə

İtaliya çempionatında yanvarın ən yaxşı futbolçusu açıqlanıb


İtaliya çempionatında yanvarın ən yaxşı futbolçusu açıqlanıb

İtaliya A Seriyasında yanvar ayının ən yaxşı futbolçusu açıqlanıb.

90deqiqe.Az xəbər verir ki, “İnter”in cinah oyunçusu Federiko Dimarko bu mükafata layiq görülüb.

Ötən ay Dimarko komandası üçün 5 Seria A oyununda meydana çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Mükafat 14 fevral tarixində “İnter” – “Yuventus” ev matçı öncəsi təqdim olunacaq.

23 turun sonunda “İnter” İtaliya çempionatında liderliyini qoruyur. “Milan” ikinci pillədə 5 xal geridədir, “Napoli” isə üçüncü yerdə 9 xal fərqlə qərarlaşıb. “İnter”in növbəti matçı 8 fevralda səfərdə “Sassuolo” ilə olacaq.







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı