- İtaliya S.A.
- 12:49 06.02.2026
“Cenoa”nın baş məşqçisi Daniеlе de Rossi A Seriyasında “Napoli”yə qarşı keçiriləcək oyun ərəfəsində Antonio Konte barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Konte məşqçinin verə biləcəyi ən vacib şeyləri – özünəinam və bilikləri futbolçularına aşılayır. O, tələbkardır, lakin sənə yüksək səviyyəli oyunçu kimi yanaşır. Düşünürəm ki, futbolçularını optimal fiziki formaya çatdırmaqda da çox bacarıqlıdır. Antonio İtaliyada və ölkə xaricində titullar qazanmış dünya səviyyəli mütəxəssisdir. Əgər A Seriyası klubunun prezidenti olsaydım, ilk növbədə onu komandama dəvət edərdim”
“Qrifonlar” şənbə günü doğma meydanda İtaliyanın son çempionunu qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Hazırda “Cenoa” turnir cədvəlində 14-cü pillədə qərarlaşıb, “Napoli” isə üçüncü yerdədir.