- İtaliya S.A.
- 15:25 06.02.2026
İtaliyanın “Napoli” klubu mərkəz yarımmüdafiəçisi Skott MakTominayla yeni əmək müqaviləsi təklif etməyi planlaşdırır.
90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumata görə, əsas məqsəd şotlandiyalı futbolçunun komandada saxlanmasıdır.
MakTominaya 2030-cu ilə qədər nəzərdə tutulmuş yeni müqavilə təqdim olunacaq və maaşı artırılacaq. Futbolçu da klub rəhbərliyi ilə şərtləri müzakirə etməyə hazırdır.
MakTominay “Napoli”də 2024-cü ilin yayından çıxış edir. Bu mövsüm 29 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 33 oyuna çıxıb, 9 qol vurub və 4 məhsuldar ötürmə həyata keçirib.