- İtaliya S.A.
- 23:31 06.02.2026
İtaliyanın “Torino” klubu müdafiəçi Perr Şyursla müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, 26 yaşlı futbolçu ilə olan sözləşmə vaxtından əvvəl, tərəflərin razılığı ilə xitam olunub. Niderlandlı futbolçu karyerası ərzində vətənində “Ayaks”ın heyətində çıxış edərək bir sıra titullar qazanıb. O, 2022-ci ildə İtaliyaya transfer olunub və bu keçid “Torino”ya 9,4 milyon avroya başa gəlib.
Müdafiəçi Turin təmsilçisinin heyətində 43 oyuna çıxıb və 2 qol vurub. Futbolçunun klubdakı çıxışına dizindən yaşadığı ciddi zədə təsir göstərib. Məhz bu səbəbdən o, 2023-cü ilin oktyabr ayından etibarən meydana çıxa bilməyib.
Qeyd edək ki, Perr Şyurs daha əvvəl Niderland millisinin düşərgəsinə çağırılsa da, əsas komandada debüt edə bilməyib.