- İtaliya S.A.
- 16:36 07.02.2026
Qapıçı Mayk Menyanla müqavilə uzadıldıqdan sonra “Milan” rəhbərliyi digər əsas futbolçulardan biri — ingiltərəli müdafiəçi Fikayo Tomori ilə də yeni anlaşmaya yaxınlaşıb.
90deqiqe.Az xəbər verir ki, tərəflər arasında danışıqlar irəliləmiş mərhələdədir. Klub artıq öz təklifini irəli sürüb və futbolçunun ətrafı bu təklifi dəyərləndirir.
Tomorinin özü də “Milan”da qalmaq istəyir və baş məşqçi Massimiliano Alleqri ilə əməkdaşlığından razıdır.
Xatırladaq ki, Fikayo Tomori 2021-ci ildən etibarən “Milan”ın formasını geyinir.