7 fevral 2026. Şənbə

"İnter" Kivunun müqaviləsini uzatmağa hazırdır


"İnter" Kivunun müqaviləsini uzatmağa hazırdır

Kristian Kivunun “İnter”dəki uğurlu fəaliyyəti klub rəhbərliyinin diqqətindən yayınmayıb.  

90deqiqe.Az-ın "Corriere Della Sera"ya istinadən məlumata görə, “İnter” rəhbərliyi Kivu ilə müqavilənin müddətini daha bir il uzadaraq 2029-cu ilə qədər davam etdirməyi planlaşdırır.

Rəsmi danışıqlar yay aylarında aparılacaq və yekun qərar komandanın A Seriyasında və digər turnirlərdə göstərəcəyi nəticələrdən asılı olacaq.

Qeyd edək ki, ötən il Milan təmsilçisinin baş məşqçisi təyin olunan rumıniyalı mütəxəssis 2028-ci ilədək müqavilə imzalamışdı.hazırda “İnter” A Seriyasının lideridir və turnir cədvəlində “Milan”ı 5 xal qabaqlayır.







İtaliya S.A.

Totti “Roma”ya qayıdır
  • İtaliya S.A.
  • 15:05 06.02.2026
Totti “Roma”ya qayıdır