- İtaliya S.A.
- 19:22 08.02.2026
“Roma”nın baş məşqçisi Can Pyero Qasperini klubun əfsanəsi Françesko Tottinin strukturuna geri dönə biləcəyi barədə xəbərlərə reaksiyasını bildirib.
90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Tottinin geri dönüşü? Mən onu dərhal start heyətində buraxaram, yetər ki, məşq etsin – heç bir problem yoxdur”
Xatırladaq ki, Francesko Totti bütün oyun karyerasını “Roma”da keçirib. Daha sonra, 2017–2019-cu illərdə klubda menecer vəzifəsində çalışıb.
Hazırda “Roma” İtaliya çempionatının cədvəlində 5-ci pillədə qərarlaşıb. Komandanın növbəti oyunu 9 fevral, bazar ertəsi, evdə “Kal’yari” ilə olacaq.