- İtaliya S.A.
- 23:07 08.02.2026
Bundesliqanı 21-ci turunda “Bavariya” və “Hoffenhaym” üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, “Arena Münhen” stadionunda baş tutan matçda 5:1 hesabı ilə Münhen təmsilçisi qazanıb.
Baş hakim funksiyasını Tobias Ştiler (Hamburq) yerinə yetirib.
17-ci dəqiqədə qonaqların üzərində üstünlük azalıb: Kevin Akpoguma qırmızı vərəqə alıb. 20-ci dəqiqədə Harri Keyn penalti zərbəsini dəqiq yerinə yetirərək “Bavariya”nı önə çıxarıb. 35-ci dəqiqədə Andrey Kramariç “Hoffenhaym” üçün cavab qolunu vurub. 45-ci dəqiqədə Keyn yenidən penalti ilə fərqlənib, 45+2-ci dəqiqədə isə Luis Dias ev sahiblərini daha bir qol ilə irəli çıxarıb. 62-ci dəqiqədə Dias ikinci qolunu vurub, 89-cu dəqiqədə isə hət-trikini tamamlayıb.
Bu qələbədən sonra “Bavariya” 54 xalla turnir cədvəlində liderliyini qoruyub, “Hoffenhaym” isə 42 xalla 3-cü pillədə qərarlaşıb.