- İtaliya S.A.
- 23:07 08.02.2026
İtaliya Seriyası A-nın 24-cü turunun ilk oyununda “Sassuolo” və “İnter” üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, matç “Mapei — Citta del Tricolore” stadionunda keçirilib və 5:0 hesabı ilə “İnter”in qələbəsi ilə başa çatıb. Baş hakim funksiyasını Daniyele Kiffi yerinə yetirib.
11-ci dəqiqədə Milan təmsilçisinin müdafiəçisi Yann Bissek açıq qol vuraraq hesabı açıb. 28-ci dəqiqədə qonaqların hücumçusu Markus Tyuram üstünlüyü artırıb. İkinci hissədə 50-ci dəqiqədə Lautaro Martinez hesabı daha da artıraraq oyunu rəqib üçün çətinləşdirib. 53-cü dəqiqədə Manuel Akanji “İnter”in dördüncü qolunu vurub. 54-cü dəqiqədə “Sassuolo”nun yarımmüdafiəçisi Nemanya Matiç qırmızı vərəqə alaraq meydanı tərk edib. 85-ci dəqiqədə Luis Enrique son nöqtəni qoyaraq hesabı 5:0 edib.
Qeyd edək ki, “İnter”in müdafiəçisi Federico Dimarko bu oyunda üç məhsuldar ötürmə ilə fərqlənib.
Bu qələbə ilə “İnter” 24 oyundan sonra 58 xalla Seriya A cədvəlinin liderliyini qoruyub. “Sassuolo” isə 29 xalla 11-ci pillədə qərarlaşıb.