- İtaliya S.A.
- 02:19 09.02.2026
İtaliya A Seriyasının 2025/2026 mövsümünün 24-cü turu çərçivəsində “Yuventus” ilə “Latsio” arasında keçirilən qarşılaşma başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Turindəki “Allianz” stadionunda baş tutan oyunun baş hakimi Marko Quida olub. Görüş məhsuldar heç-heçə ilə yekunlaşıb – 2:2.
Matçda hesabı qonaq komandanın hücumçusu Pedro Rodriges 45+2-ci dəqiqədə açıb. Fasilədən dərhal sonra, 47-ci dəqiqədə “Latsio”nun forvardı Qustav İsaksen paytaxt təmsilçisinin üstünlüyünü iki topa çatdırıb. 59-cu dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Ueston Makkenni fərqi azaldıb. Qarşılaşmanın son saniyələrində, 90+6-cı dəqiqədə isə “Yuventus”un müdafiəçisi Pyer Kalyulyu hesabı bərabərləşdirib.
Hazırda “Yuventus” A Seriyasının turnir cədvəlində 24 oyundan sonra topladığı 46 xalla dördüncü pillədə qərarlaşıb. Turin təmsilçisinin lider “İnter”dən geri qalması 12 xaldır. “Latsio” isə 33 xalla səkkizinci mövqedə yer alır.