12 mart 2026. Cümə axşamı

Matiç “Sassuolo”nun növbəti iki oyununda iştirak etməyəcək


Matiç “Sassuolo”nun növbəti iki oyununda iştirak etməyəcək

İtaliyanın “Sassuolo” klubunun yarımmüdafiəçisi Nemanya Matiç komandası üçün növbəti iki oyunda meydana çıxmayacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Tuttomercato" məlumat yayıb.

37 yaşlı futbolçu “İnter”lə matçda hakimə qarşı təhqiramiz hərəkətinə görə qırmızı vərəqə alıb. 24-cü tur qarşılaşması “neradzurri”nin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Serbiyalı futbolçu həmçinin 10 min avro cərimələnib.

Cari mövsümdə Matiç bütün yarışlarda 23 oyuna çıxaraq 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçu karyerası ərzində “Çelsi”, “Mançester Yunayted” və “Roma” kimi klublarda da çıxış edib. Transfermarkt portalına görə, Matiçin bazar dəyəri 1,8 milyon avrodur.







İtaliya S.A.

Adrian Rabyo növbəti matçı buraxacaq
  • İtaliya S.A.
  • 23:44 10.03.2026
Adrian Rabyo növbəti matçı buraxacaq
"Onlar bizə həsəd aparırlar, amma..."
  • İtaliya S.A.
  • 23:51 08.03.2026
"Onlar bizə həsəd aparırlar, amma..."
“Yuventus”dan darmadağın
  • İtaliya S.A.
  • 01:51 08.03.2026
“Yuventus”dan darmadağın