- İtaliya S.A.
- 02:17 12.02.2026
İtaliya Kubokunun sonuncu dörddəbir final görüşündə “Bolonya” öz meydanında “Latsio”nu qəbul edib.
90deqiqe.Az-ın məlumata görə, matçın əsas vaxtında meydan sahibləri daha təhlükəli təsir bağışlasalar da, 90 dəqiqə ərzində qalibi müəyyənləşdirmək mümkün olmayıb. Oyunun 30-cu dəqiqəsinin sonlarına yaxın Santyaqo Kastro hesabı açıb – 1:0. Fasilədən dərhal sonra isə Ticiani Noslin tarazlığı bərpa edib – 1:1.
Beləliklə, qarşılaşmanın taleyi birbaşa penaltilər seriyasında həll olunub. Bu mərhələdə daha dəqiq oynayan “Latsio” futbolçuları yarımfinala vəsiqə qazanıblar.
“Latsio” yarımfinalda “İnter”, “Atalanta” və “Komo”nun yer aldığı mərhələdə mübarizəni davam etdirəcək.