14 may 2026. Cümə axşamı

“Berluskonidən sonra "Milan" tamamilə dəyişdi”


“Berluskonidən sonra "Milan" tamamilə dəyişdi”

“Milan”ın sabiq müdafiəçisi Kaxa Kaladze İtaliya klubunun hazırkı durumundan danışıb.

90deqiqe.Az-ın məlumatına görə,  gürcüstanlı keçmiş futbolçu bildirib ki, Silvio Berluskoninin gedişindən sonra komanda əvvəlki simasını itirib.

“Şübhəsiz, bu artıq mənim "Milan"ım deyil. Berluskonisiz bu, tamam başqa klubdur. Amma dəyişən təkcə "Milan" deyil, bütün A Seriyasıdır. Mən "Milan" gələndə İtaliya çempionatı dünyanın ən güclüsü idi. Hazırda isə keyfiyyət xeyli aşağıdır”, – deyə o, "pianetamilan.it"ə açıqlamasında bildirib.

Xatırladaq ki, Kaladze 2001-2010-cu illərdə “Milan”da çıxış edib. O, futbolçu karyerasını başa vurduqdan sonra siyasətə qoşulub və hazırda Tbilisi şəhərinin meridir.







İtaliya S.A.

 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi
“Yuventus”a bir qol bəs etdi
  • İtaliya S.A.
  • 01:05 10.05.2026
“Yuventus”a bir qol bəs etdi