14 avqust 2026. Cümə

“Atalanta”nın aparıcı futbolçusu zədələnib


“Atalanta”nın aparıcı futbolçusu zədələnib

“Atalanta”nın cari mövsümdə ən yaxşı oyunçularından biri olan Şarl de Ketelare məşq zamanı zədə alıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, futbolçu bir müddət komandasına kömək edə bilməyəcək. Dəqiq olan odur ki, de Ketelare fevralın 14-də “Latsio”ya qarşı keçiriləcək A Seriyası matçını buraxacaq.

Onun nə qədər müddətə sıradan çıxdığı hələlik açıqlanmayıb. “Atalanta” zədənin detalları ilə bağlı əlavə məlumat verməyib.

Qeyd edək ki, Berqamo təmsilçisi hazırda İtaliya A Seriyasının turnir cədvəlində yeddinci pillədə qərarlaşıb. Şarl de Ketelare 2023-cü ildən “Atalanta”nın formasını geyinir. O, “Milan”da keçirdiyi uğursuz mövsümdən sonra bu komandaya transfer olunub və cari mövsümdə uğurlu çıxışı ilə diqqət çəkir.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"