13 fevral 2026. Cümə

"Leau “Milan” üçün əvəzolunmaz oyunçudur”


"Leau “Milan” üçün əvəzolunmaz oyunçudur”

“Milan”ın sabiq müdafiəçisi Kaxa Kaladze portuqaliyalı hücumçu Rafael Leau barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, gürcüstanlı sabiq futbolçu Leaunun komanda üçün vacib fiqur olduğunu və xüsusi oyunçular kateqoriyasına aid edildiyini bildirib.  

“İtaliyada onu tənqid etməyi çox sevirlər, bunu bilirəm. Amma o, həm fiziki, həm də texniki baxımdan çox güclüdür. Hesab edirəm ki, “Milan” yenidən qələbələrə qayıtmaq istəyirsə, Leau komanda üçün ən vacib elementlərdən biridir. Buna heç bir şübhəm yoxdur”, – deyə Kaladzenin sözlərini "pianetamilan.it" nəşri sitat gətirib.

Portuqaliyalı forvard 2019-cu ildən etibarən İtaliyada çıxış edir.

Qeyd edək ki, Kaxa Kaladze 2001–2010-cu illərdə “Milan”ın formasını geyinib. O, hazırda Gürcüstanın paytaxtı Tbilisinin meri vəzifəsində çalışır.







İtaliya S.A.