13 fevral 2026. Cümə

"Roma"nı “Mançester Siti”yə dəyişəcək


"Roma"nı “Mançester Siti”yə dəyişəcək

"Roma"nın sağ cinah müdafiəçisi Uesli Fransa karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.  

90deqiqe.Az-ın məlumatına görə, braziliyalı “Mançester Siti”nin yay transfer hədəfi olub. “Şəhərlilər” 22 yaşlı futbolçuya görə 50 milyon avro təklif etməyə hazırdır, lakin “Roma” futbolçusunu satmaq niyyətində deyil.

Uesli Fransa ötən yay "Flamenqo"dan 25 milyon avroya transfer olunub. “Qırmızı-sarılar”ın heyətində müdafiəçi bütün turnirlərdə 29 oyuna çıxaraq 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun Roma ilə müqaviləsi 2030-cu ilin ortalarına qədər qüvvədədir.







İtaliya S.A.