15 fevral 2026. Bazar günü

Şarl de Ketelare 4-5 həftə yaşıl meydanlardan uzaq qalacaq


Şarl de Ketelare 4-5 həftə yaşıl meydanlardan uzaq qalacaq

İtaliyanın "Atalanta" klubunun futbolçusu Şarl de Ketelare sıradan çıxıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi həftənin əvvəlində dizindən əməliyyat olunub. Oyunçu zədələnmiş menisk qığırdağının bərpası prosedurunu uğurla keçib. Futbolçunun təxminən 4-5 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Bu səbəbdən “Atalanta” A Seriyasında "Latsio", "Napoli", "Sassuolo" və "Udineze" ilə keçiriləcək qarşılaşmalarda futbolçunun xidmətindən yararlana bilməyəcək. Bundan əlavə, Çempionlar Liqasının pley-off mərhələsində "Borussiya Dortmund" klubuna qarşı matçları da buraxacaq.

Qeyd edək ki, 24 yaşlı futbolçu 2024-cü ildən “Atalanta”nın formasını geyinir. O, bu kluba "Milan"dan 23,7 milyon avro qarşılığında transfer olunub. Cari mövsümdə De Ketelare 30 oyunda iştirak edib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.







İtaliya S.A.

“Məğlubiyyət mənim səhvimdir”
  • İtaliya S.A.
  • 23:50 14.02.2026
“Məğlubiyyət mənim səhvimdir”
A Seriyasında qonaqların günü
  • İtaliya S.A.
  • 23:18 14.02.2026
A Seriyasında qonaqların günü