26 iyun 2026. Cümə

“Məğlubiyyət mənim səhvimdir”


“Məğlubiyyət mənim səhvimdir”

 "Komo" bir neçə uğurlu oyundan sonra evdə "Fiorentina" qarşısında 1:2 hesabı ilə uduzub.

90deqiqe.Az-ın "calcionapoli1926.it"ə istinadən məlumata görə, "Komo"nun baş məşqçi si Sesk Fabreqas nəticəyə görə məyusluğunu ifadə edib.

“Bu gün nələr düzgün getmədi? Səhv mənim idi. Komandaya enerji verməli, oyunçulara qarşılaşmanın vacibliyini izah etməli idim, “Fiorentina” zəif görünməsinə baxmayaraq. Lakin belə matçlar taktika ilə deyil, futbolçulardakı iradə və dözümlə qazanılır”

Hal-hazırda “Komo” İtaliya çempionatının turnir cədvəlində 6-cıdır.







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı