15 fevral 2026. Bazar günü

“İnter” evdə “Yuventus”a qalib gəldi


“İnter” evdə “Yuventus”a qalib gəldi

İtaliya A Seriyasının 2025/2026 mövsümünün 25-ci turunda "İnter" ilə "Yuventus" arasında keçirilən mərkəzi oyun başa çatıb.

90deqiqe.Az-ın məlumata görə, "San Siro" stadionunda baş tutan matçda meydan sahibləri 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 17-ci dəqiqədə turinlilərin müdafiəçisi Andrea Kambiaso avtoqolla açıb. Lakin o, 26-cı dəqiqədə səhvini qismən düzəldərək bərabərlik qolunu vurub. 42-ci dəqiqədə “Yuventus”un futbolçusu Pierre Kalulu birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

76-cı dəqiqədə Francesco Pio Esposito “İnter”i yenidən önə çıxarıb. Azlıqda qalan qonaqlar 83-cü dəqiqədə Manuel Lokatellinin qolu ilə hesabı bərabərləşdiriblər. Lakin oyunun taleyi 90-cı dəqiqədə həll olunub – Piotr Zielinski fərqlənərək “neradzurrilər”ə vacib qələbə qazandırıb.

Bu nəticədən sonra “İnter” 25 turdan sonra 61 xalla A Seriyasının turnir cədvəlinə başçılıq edir. “Yuventus” isə 46 xalla 5-ci pillədə qərarlaşıb.

Növbəti turda çempionatın lideri səfərdə "Leççe" ilə qarşılaşacaq. “Yuventus” isə doğma meydanda "Komo"nu qəbul edəcək. Hər iki oyun fevralın 21-də keçiriləcək.







İtaliya S.A.

“Məğlubiyyət mənim səhvimdir”
  • İtaliya S.A.
  • 23:50 14.02.2026
“Məğlubiyyət mənim səhvimdir”
A Seriyasında qonaqların günü
  • İtaliya S.A.
  • 23:18 14.02.2026
A Seriyasında qonaqların günü